“Rusiyanın son dövrlərdə Ermənistanla bağlı səsləndirdiyi fikirlər yalnız bu ölkəyə aid deyil. Region dövlətləri təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Moskva hazırda Ermənistana qarşı əvvəlkindən daha açıq şəkildə təhdid ritorikası nümayiş etdirir.
“Heç bir ölkə tək buraxılmamalıdır. Avropanın nə hansısa xalqı itirməyə, nə də hansısa dövlətin təsir dairəsindən çıxmasına göz yummasına haqqı var.
Ermənistanı, Moldovanı, Baltikyanı ölkələri və Azərbaycanı dəstəkləmək lazımdır. Heç kim itirilməməlidir”, – deyə Zelenski vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az