Xəbər verdiyimiz kimi, Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu zaman Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin onunla son dərəcə sərt danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“9 May ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə kampaniya və Ukrayna Prezidenti Volodimir Zelenskinin bütün iştirakçıların susqun razılığı ilə Ermənistan paytaxtında birbaşa terror hücumları ilə bağlı təhdidləri, Ermənistan rəhbərliyinin Moskvada verdiyi müttəfiq öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir”, – deyə Qaluzin vurğulayıb.
Qeyd edək ki, Volodimir Zelenskinin “Avropa Siyasi Birliyi”nin sammitində iştirak üçün İrəvana səfər etməsi Ermənistanda ruspərəstlər və qərbpərəstlər arasında gərginliyə səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az