Ismayil B%C9%99qayi

İran danışıqlarda prinsipial mövqelərində qalır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Bəqayi bildirib ki, Tehran ABŞ-ın 15 bəndlik planına cavab olaraq 10 maddədən ibarət təklif paketi təqdim edib:

“Bu sənəd İslamabad və Tehranda aparılan detallı danışıqlar və vasitəçilik səfərləri nəticəsində formalaşıb. Qarşı tərəfdən fərqli olaraq, mövqelərin tez-tez dəyişdirilməsi və media ritorikası dialoqların irəliləməsinə mane olur. İran isə ədalətli və əsaslandırılmış mövqelərində sabit qalır. Tehran danışıqların əvvəlindən öz qırmızı xətlərini və qəbul edilməyən şərtləri açıq şəkildə bəyan edib və bu prinsiplərdə israrın ölkənin mövqeyini dəyişməyəcəyini vurğulayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: