AA 20251008 39350947 39350945 DISISLERI BAKANI FIDAN SURIYE DISISLERI BAKANI SHAIBANI ILE ORTAK BASIN TOPLANTISI DUZENLEDI 900x650 1

“İran–ABŞ nüvə danışıqlarının yenidən başlaması regional baxımdan vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, Türkiyə hərbi müdaxilənin əleyhinədir və problemlərin həllində hərbi variantı qəbul etmir:

“Türkiyə danışıqları və diplomatiyanı müdafiə edir və dəstəkləyir. Danışıqlar prosesində mövcud məsələlər ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. İsrail ABŞ-ı İrana qarşı hərbi addım atmağa təşviq etməyə çalışır. Onun regionda militarizm siyasətinə son qoymalıdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: