İran nüvə danışıqlarına qayıtmağa hazır olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri ilə birgə keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, İran məcburi və diktə olunan siyasəti qəbul etmir, lakin “mənalı, məntiqi və ədalətli” diplomatik proseslərdə iştirak etməyə açıqdır.
Nazirin sözlərinə görə, İranın qanuni maraqları və hüquqi narahatlıqları tam nəzərə alındığı halda Tehran nüvə danışıqları masasına qayıtmağa hazırdır.
O qeyd edib ki, nüvə silahlarının İranın müdafiə doktrinasında və təhlükəsizlik hesablamalarında yeri yoxdur və ölkənin nüvə fəaliyyətləri həmişə dinc xarakter daşıyıb.
Əraqçi İranın Türkiyə hökumətinin “regional sahiblik” yanaşmasını alqışladığını, eləcə də davamlı sülh və sabitliyin təmin edilməsi üçün regiondaxili dialoqları dəstəklədiyini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az