
İsrail Tramp administrasiyası ilə yeni 10 illik təhlükəsizlik sazişi üzrə danışıqlara hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Məqsəd ABŞ‑ın hərbi dəstəyini uzatmaqdır. Eyni zamanda, İsrail liderləri ABŞ qrantları olmadan gələcəyi nəzərə alaraq planlar hazırlayır.
Məlumata görə, İsrail danışıqlarda nağd yardım əvəzinə, ortaq hərbi və müdafiə layihələrinə üstünlük verməyi planlaşdırır. Danışıqların növbəti həftələrdə baş tutacağı gözlənilir”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az