7 nəfər imtahandan xaric olundu

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Globalinfo.az xəbər verir ki, 7 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahandan xaric olunanların nəticələri ləğv olunur və ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmırlar.