abec2805 d9ca54abda51971174bc456fb754b7b0

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM ) 7 il əvvəl Ermənistanla sərhəddə yerləşən Çinari kəndində 3 erməni hərbçinin ölməsi ilə bağlı qərarını elan edib.

Globalinfo.az xəbər verir ki, AHİM erməni hərbçilərinin ölümünü “yaşamaq hüququnun pozulması” kimi qiymətləndirib.

Məhkəmənin qərarına əsasən Azərbaycan zərərçəkmiş tərəfə 32 min avro ödəməlidir.

Qeyd edək ki, bu, AHİM-in növbəti ədalətsiz qərarıdır. Məlumat üçün bildirək ki, 2016-cı il dekabrın 29 dekabrında Çinari kəndi yaxınlığında gedən döyüşlər zamanı məhz təxribata cəhd edən 3 erməni hərbçisi ölüb. Bunlar sıravi əsgərlər Narayan və Abovyan və baş leytenant Melikyan olublar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: