Sülhməramlılar onları Qarabağdan çıxarır – Təşviş başladı

Sülhməramlılar milli mənsubiyyətindən asılı olmayaraq Rusiya vətəndaşlığına malik 5000-ə yaxın şəxsi Qarabağdan təxliyə etməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, erməni bloger Mikael Badalyan hazırda Xankəndidə bu iddiaların sürətlə yayıldığını bildirib.

“Əslində, sülhməramlılar əvvəllər Xankəndidə çıxmaq üçün onlara müraciət etmiş 180 nəfəri təxliyə etməyi planlaşdırırlar. Lakin insanların 5000-ə yaxın adamın təxliyə ediləcəyini düşünürlər”, – Badalyan vurğulayıb.

Qeyd edək ki, Qarabağdan çox sayda erməninin Ermənistana və Rusiyaya təxliyə üçün müraciət etdiyinə dair iddialar tez-tez səsləndirilir.

Ayşən Mustafa
Globalinfo.az