Bərdə rayonunda paltar asarkən eyvandan yıxılan qadının son durumu açıqlanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 1975-ci il təvəllüdlü şəxs (qadın cinsli) günorta saatlarında tibb müəssisələrinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, ona sağ çənə şaxəsinin, sağ qasıq oturaq sümüklərinin, hər iki budun yerdəyişmiş sınıqları, kəllə-beyin travması, travmatik şok (III dərəcə) diaqnozları qoyulub.
“Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir”, – xəstəxanadan qeyd olunub.
***
Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb.
Globalinfo.az xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.
1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.