WhatsApp Image 2024 05 24 at 16.08.33

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Belarus lideri Aleksandr Lukaşenkonu qəbul edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rusiya-1” telekanalı məlumat yayıb.

Lukaşenkonun bir gün əvvəl Ukraynada və Yaxın Şərqdə münaqişələrin bu il bitəcəyi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra Rusiyaya səfəri diqqət çəkir.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Minskin Rusiya Federasiyasının nöqteyi-nəzərindən ABŞ və Ukraynanın iştirakı ilə sülh danışıqları üçün ən yaxşı yer olduğunu bildirmişdi. O, həmçinin Belarusu Rusiyanın əsas müttəfiqi adlandırmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: