peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə söhbət etdiyi barədə açıqlamasını nə təkzib edib, nə də təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu xəbərlə bağlı deyə bilərəm ki , ABŞ administrasiyası öz işini davam etdirdikcə bir çox fərqli kommunikasiyalar ortaya çıxır. Onlar da müxtəlif kanallarla aparılır. Təbii ki, onların çoxluğunu nəzərə alsaq, şəxsən mən nədənsə xəbərsiz ola bilərəm. Ona görə də indiki halda bunu nə təsdiq, nə də təkzib edə bilərəm”, – Kreml nümayəndəsi qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: