owl detail 620 da24e833d45fd68a9ea627c3871007af

“Xüsusi hərbi əməliyyat zonasında (Ukraynadakı döyüş bölgəsində – red.) ilk dəfə vurulan Türkiyənin “Cobra II” zirehli maşını partladıqda güclü yanğın olur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan rus polkovnik və hərbi ekspert Anatoli Matviyçuk deyib.

“Cobra II” Türkiyə ordusunun zirehli maşınıdır. Dörd təkəri, gülləkeçirməz zirehləri var. 10 nəfərə qədər adam daşıyır. Mərmi və mina partlayışı zamanı içəridəki şəxsi heyəti qorumaq funksiyasına malikdir.  Ukrayna onu Türkiyədən alır”, – deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, Ukraynada bu zirehli texnikanın sayı barədə dəqiq məlumat yoxdur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: