Fransa Prezidenti Emmanuel Makron Suriyada müxalifətin qələbəsinə sevinib.
Globalinfo.az xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Makron Bəşər Əsədin hakimiyyətini “barbar” adlandırıb:
“Barbar dövləti çökdü. Nəhayət! Mən Suriya xalqına, onların cəsarətinə, səbrinə hörmət edirəm. Bu qeyri-müəyyən məqamda onlara sülh, azadlıq və birlik arzularımı göndərirəm”.