gulnare ekberova

Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun bacısı Səkinə Əhədova bacısının həkim səhlənkarığı səbəbindən həyatını itirdiyini qeyd edib:

“Bacım zobdan əməliyyat olundu, 2-ci günü ayıldı. Gəzirdi, amma uzana bilmirdi. Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra bir dəfə də olsun palataya gəlib xəstəsinə baş çəkmədi. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə, uzana, yata bilməyən bacıma sonradan gəlib nə iynəsi vurdularsa, komaya düşdü. 25 gün reanimasiyada qaldı.

Başqa həkimlər gətizdirdik, bacımı komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi. Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik, dilini müalicə elətdirirdik, artıq dilini tərpədə bilirdi. Sevinirdik ki , ümid yerimiz var, sağalacaq, reanimasiyadan çıxacaq, onu görəcəyik, balalarına qovuşacaq. Amma süni tənəffüs yolunda olan aparatı səhv salaraq şah damarına toxunub şah damarını partlatdılar. Bacım qanaxmadan öldü”.

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

***10:41

Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkə hesabında paylaşım edilib.

“Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova vəfat edib”, – məlumatda qeyd olunub.

Paylaşıma yazılan rəylərə əsasən, 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və bu səbəbdən dünyasını dəyişib.

Onun harada, nədən əməliyyat olunduğu qeyd olunmayıb.

5262608627791499385

Paylaş: