Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın 23-24 oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edə bilməməsinə aydınlıq gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nəşr yazıb ki, Braziliya Prezidenti Lula da Silva vanna otağında yıxıldığı üçün Rusiyaya getməyəcək.
Həkimlər 78 yaşlı prezidentin başından zədə aldığını qeyd ediblər.
Məlumata görə, oktyabrın 19-da axşam saatlarında Lula da Silva yaşadığı Alvorada sarayında vanna otağında yıxılıb və dərhal paytaxtın Cirio Libanes xəstəxanasına yerləşdirilib. Həkimlər onun başına üç tikiş qoyublar, daha sonra ambulator müalicəyə göndəriblər.
MRT-də siyasətçinin yüngül beyin silkələnməsi keçirdiyi aşkarlanıb. Buna görə də həkimlər Rusiyaya getməməyi tövsiyə ediblər.
Safura Bənnayeva
Globalinfo.az