Dörd qadın aktyor və “Thirty Seconds to Mars” qrupunun solisti Cared Letonu yeniyetməlik illərində onlara qarşı cinsi təcavüzdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, onların etirafları “BBC”nin “Jared Leto: Hollywood’s Darkest Secret” sənədli filmində yer alıb.
Qadınlardan biri 17, biri 18, biri 19, sonuncusu isə 16 yaşları olanda aktyor tərəfindən təcavüzə uğradıqları, həmin vaxt Letonun 30-dan çox yaşı olduğunu bildiriblər.
Filmin yayımlanmasından sonra başqa qadınlar da eyni şikayətlə BBC-yə müraciət edib.
Əliyar Xəlil
Globalinfo.az