tramp telefon

Dörd Avropa lideri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə zəngindən əvvəl onunla danışmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mertz açıqlama verib.

O bildirib ki, özü ilə bərabər, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Key Starmer və Polşa Prezidenti Anjey Duda siyahıda yer alır.

“ABŞ dövlət katibi Marko Rubio ilə sabahkı zənglə bağlı danışdım. Biz bu barədə razılığa gəldik”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: