pasinyan99

Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq və Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməyi planlaşdırmır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməyənə və ya namizəd statusuna yaxınlaşmayana qədər belə referendum keçirmək məntiqli deyil”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan xalqına Aİİ üzvlüyünün əvəzində təqdim ediləcək konkret alternativ yoxdur:

“Buna görə də bu məsələ hələlik nəzəri xarakter daşıyır”.

Baş nazir ölkəsinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcəyini bildirib.

Xatırladaq ki, mayın 29-da Kremlin saytında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatı dərc olunub.

Sənəddə Ermənistanın Avropa İttifaqına üzvlüyü və ya Aİİ-də qalması ilə bağlı ölkədə referendum keçirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Ermənistanın Aİ-yə inteqrasiya kursunun ittifaq ölkələrinin iqtisadi təhlükəsizliyi üçün risklər yarada biləcəyi qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: