ABŞ Polşaya raket satmaq haqda planlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ Dövlət Departamenti Polşaya dəyəri 3,7 milyard dollar olan “AGM-158B-2”, “AIM-120C-8” və “AIM-9X” raketlərini, eləcə də müvafiq avadanlıqları satmağa razılaşıb.
Amerika administrasiyası qərarlar barədə artıq ABŞ Konqresini xəbərdar edib. Birləşmiş Ştatların qanunverici orqanının müqavilələri təsdiqləmək və ya bloklamaq üçün 30 gün vaxtı var.
Qeyd olunur ki, Vaşinqton Varşavanı məxfi sınaq avadanlığı və proqram təminatı, həmçinin zəruri ehtiyat hissələri və texniki xidmətlə təmin edəcək.
Əliyar Xəlil
Globalinfo.az