im 826619

ABŞ Ukraynaya Britaniyanın verdiyi “Storm Shadow” qanadlı raketlərinin Rusiya ərazisinə hücumda istifadəsinə icazə vermir. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə nüfuzlu “The Telegraph” nəşri çıxış edib.

Britaniya hökumətində adı açıqlanmayan mənbənin qəzetə bildirdiyinə görə, London Kiyevə icazə vermək üçün Ağ Evdən razılıq gözləyir.

ABŞ rəsmiləri bu iddiaları təkzib ediblər, lakin qəzet Vaşinqton və NATO ölkələrinin Rusiya ilə birbaşa münaqişədən çəkindiyini, sözügedən raketlərdən Rusiya ərazisində istifadənin daha böyük müharibəyə səbəb olmasından qorxduğunu yazır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: