beqayi 900x507 1

İran və ABŞ vasitəçi ölkələrin iştirakı ilə danışıqları davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə  İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

O qeyd edib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi Pakistan, Oman və Qətər də daxil olmaqla vasitəçi ölkələr vasitəsilə davam edir:

“Dialoq etibarlı əsas tələb edir və bu, əsas ABŞ tərəfindən pozulub”, – deyə Bəqayi bildirib.

Rəsmi həmçinin ABŞ-ı əvvəllər əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.

O əlavə edib ki, İran öz növbəsində Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: