7 ölkədə işıqlar söndü, metro dayandı, internet kəsildi – TƏCİLİ toplantı/VİDEO

239240

İspaniya Baş naziri Pedro Sançes elektrik enerjisinin kəsilməsi ilə əlaqədar xalqa müraciət edib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, Baş nazir hadisənin səbəblərinin araşdırıldığını deyib.

“Hələlik bu enerji kəsintisinin səbəbinə dair konkret məlumat yoxdur. İnsanları rəsmi mənbələrdən məlumat almağa çağırıram. Hələlik hər hansı təhlükəsizlik problemi müşahidə edilmir”, – o bildirib.

Baş nazir əlavə edib ki, İspaniyanın Milli Təhlükəsizlik Şurası vəziyyəti dəyərləndirmək üçün axşam saatlarında yenidən toplanacaq.

“Reuters”in hadisə yerində olan şahidlərinin bildirdiyinə görə, günortadan sonra İspaniyanın Bask bölgəsində və Barselonada elektrik təchizatı bərpa olunmağa başlayıb. Lakin elektrik enerjisinin ümumi bərpasının nə vaxt baş tutacağı hələlik məlum deyil.

*** 22:46

İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan etməyi qərara alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, fövqəladə vəziyyət yalnız müvafiq müraciət edən bölgələrdə tətbiq olunacaq.

*** 18:18

Portuqaliyada nasazlığın səbəbi İspaniyada baş vermiş “nadir atmosfer hadisəsi” hesab olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin məlumatına görə, işlərin tam normallaşdırılması bir həftəyə başa gələ bilər.

*** 16:07

İspaniya, Portuqaliya və Fransanın bir çox bölgələrində elektrik enerjisi kəsilib. 

Globalinfo.az xəbər verir ki, İspaniyanın Barselona, ​​Sevilya, Valensiya və Madrid şəhərlərinə elektrikin verilişində probem yaranıb.

Nəticədə Madriddə metronun hərəkəti dayanıb. Digər şəhərlərdə də internet kəsilib, işıqforlar sıradan çıxıb.

Bir çox hava limanlarında da elektirikin kəsildiyini bildirilir. Məsələ araşdırılır.

Məlumata görə, İspaniya hökuməti təcili iclas keçirir.

Həmçinin Andorra, Belçika, Yunanıstan və Hollandiyada da elektrik enerjisinin yayımı ilə bağlı problem yaşanır.

Ayşən Mustafa
Globalinfo.az