NATO ölkələri narahatdır: “Tramp prezident seçilsə…”

“ABŞ-da prezident seçkiləri kampaniyasından sonra hər hansı namizədin qələbəsi ölkənin supergüc statusunu itirməsi faktını dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri London Universitet Kollecinin ABŞ Siyasəti Mərkəzinin direktoru Tomas Gift deyib.

O hesab edir ki, beynəlxalq münasibətlərdə çoxqütblülük tendensiyası göz qabağındadır:

“Birləşmiş Ştatlar artıq dünyanın supergücü deyil. Vaşinqtonun Avropadakı NATO müttəfiqlərinin bir çoxu Ağ Evin namizədi Donald Trampın hakimiyyətə gəlməsindən narahatdır”.

Qeyd edək ki, bir qədər əvvəl Tramp üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəklərini bildirib.

Safura Bənnayeva
Globalinfo.az