2023-cü ildə dünyanı nə gözləyir? – Məşhur ekstrasensdən proqnoz

Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev 2023-cü il ilə bağlı dünya üzrə proqnozlarını Baku TV-yə danışıb.

Globalinfo.az bildirir ki, o, 2023-cü ilin proqnozunun o qədər də ürəkaçan olmadığını deyib.

“Mən 2022-ci il haqqında danışarkən bu ilin müharibə və aqressiya ili olacağını demişdim. 2023-cü il sənaye və kənd təsərrüfatı sahəsində yaxşı il olmayacaq. Rusiya müharibəsi bu ildə sona çatmalıdır. İran və Qazaxıstan üçün isə o qədər də rahat il olmayacaq”, – deyə o qeyd edib.