20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub – Samir Nuriyev

Tam əminliklə demək olar ki, bu 20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub. Bu illər əldə edilmiş nəticələr baxımından, müstəsna əhəmiyyət kəsb edən parlaq bir mərhələdir.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Məhz buna görə, 4 prezident seçkisində xalqımız Prezident İlham Əliyevə dəstək olmuş, onun ətrafında sıx birləşmişdir”, – o əlavə edib.

Samir Nuriyev deyib ki, dünya səviyyəli xadim Heydər Əliyevin sayəsində Azərbaycan o dövr üçün çətin yolun və sınaqların öhdəsindən layiqincə gəlib.

“Prezident İlham Əliyev məhz bu uğurlu siyasəti davam etdirərək ölkəmizi stareteji hədəflərə doğru aparıb. Cənab İlham Əliyevin Prezident seçiləndən sonra and içməsindəki nitqində Azərbaycanın gələcəkdə güclü dövlət olacağının vədini verirdi. Bütün bunların yekununda isə Azərbaycanın ərazi bütövlüyünün və suverenleyinin bərpası əsas hədəf idi”, – o əlavə edib.