Tarixi şəhərdə 2 min illik qul otağı tapıldı – FOTO

İtaliyanın qədim Pompey şəhəri yaxınlığında 2 min il əvvələ aid bir evdə qullara məxsus olduğu bildirilən otaq tapılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ev 2 min il öncə Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuş Pompey şəhərinin 600 metr şimalında yerləşir. Otaqda iki çarpayı, iki kiçik dolab, iki siçan və bir siçovul qalıqlarının olduğu keramik qablar aşkar edilib.

Nazirliyin açıqlamasında bu tapıntıların həmin dövrdə aşağı təbəqənin yaşayış tərzinin araşdırılmasında mühüm rol oynayacağı deyilib.

Ayşən Mustafa
Globalinfo.az