Bakı Xankəndi həmləsini etdi, tezliklə bilinəcək – Politoloq

“Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, sadəcə, bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək:

“Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək”.

Zaira Akifqızı
Globalinfo.az