AYB yazıçılara qarşı cinayətlərdə yer alıb – Sərt ittiham

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin əməkdar artist Elza Seyidcahanın quruma üzv olması ilə bağlı Globalinfo.az-a açıqlamasında “heç kimə hesabat vermək məcburiyyətində deyilik” deməsi birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan şair-yazıçı Rasim Qaraca bildirib ki, Azərbaycan Yazıçılar Birliyi prinsipial olaraq Müstəqil Azərbaycanın övladı deyil:

“Sovet dönəmində yazıçılara nəzarət məqsədilə qurulmuş təşkilatdır və bir çox yazıçıya qarşı repressiyada, başqa cinayətlərdə iştirak edib. Əsla demokratik təşkilat deyil, bu gün də yazıçılara nəzarət funksiyasını yerinə yetirməkdədir.

Elza Seyidcahan musiqi sahəsində parlaq istedaddır, əlbəttə, şeirləri haqqında bunu demək olmaz. AYB-yə üzv olması onun düşüncədən məhrum, laübalı biri olduğundan irəli gəlir”.

Zaira Akifqızı
Globalinfo.az