suriya ucus

Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir  ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Dəməşqə yola düşüb.

Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.

Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.

Xatırladaq ki, bu ilin noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.

06 2025 12 OCAK 02 20250123 2 67384663 108862370
thy
WhatsApp Image 2025 01 23 at 13.20.05
06 2025 12 OCAK 02 20250123 2 67384749 108862530

Paylaş: