halep

Suriyada davam edən gərginlik səbəbi ilə Hələbdə yaşayan ermənilərin bir qismi dekabrın 14-də Ermənistana köçürüləcək.

Globalinfo.az xəbər verir ki, bunun üçün sözügedən tarixdə Dəməşq-İrəvan reysinin işə salınacağı açıqlanıb.

Məlumata görə, Hələbdə 12-13 min civarında erməni yaşayır. Onların hissə-hissə Ermənistana gətirilməsi planlaşdırılır.

Ölkəyə köçürüldükdən sonra onlar üçün bir sıra dəstək proqramlarının həyata keçiriləcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: