11-ci sinif şagirdini döyüb xəstəxanalıq etdilər

Lənkəranda XI sinif şagirdi naməlum şəxslər tərəfindən döyülüb.

Globalinfo.az-ın xəbərinə görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən APA-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülərək Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynlər bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.