1 nəfər yoluxdu, vaksin vurulmadı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 964 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 399, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 738, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 521, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 221 təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

X X X

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 822 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 461 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 678, hazırkı dövrədək isə 7 619 511 test aparılıb.

Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub