Əhali sayına görə dünyada neçənci yerdəyik?

Dünyada yaşayan insanların sayı hər gün artır. Bu rəqəmlər ölüm və doğumlara görə dəyişir. “Worldometers” 2022-ci ildə dünyada 7 milyard 924 milyon insanın yaşadığını açıqlayıb. 2023-cü ildə isə əhali sayının 8 milyard 10 milyon olacağı təxmin edilir.

Bəs hazırda dünya statistikasında əhali sayına görə ölkələrin vəziyyəti necədir? Azərbaycan neçənci yerdə qərarlaşıb?

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, 235 ölkə arasında əhali sayına görə ilk yerdə Çin, ikinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Azərbaycan isə 90-cı pillədə yer alıb.

Qonşularımız Rusiya 9-cu, Türkiyə 17-ci, İran 18-ci, 132-ci yerdə Gürcüstan, 137-i yerdə isə Ermənistan qərarlaşıb.

Sıralamada ən son yerdə 801 nəfərlə Vatikandır.