Mirzoyandan Rusiyaya təşəkkür və xəbərdarlıq

“Ermənistan “Zvartnots” hava limanında sərhəd mühafizə xidmətini təkbaşına yerinə yetirməyə qadirdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, Rusiya tərəfinə Ermənistanın mövqeyi ilə bağlı məlumat verildiyini bildirib:

“Biz dəstəyə görə onlara təşəkkürümüzü bildirdik. Rusiya sərhədçilərinin bir sıra məntəqələrdə, o cümlədən “Zvartnots”da yerləşdirilməsi o zamankı yeni və müstəqil Ermənistan dövlətinə dəstək kimi düşünülürdü. Onların fəaliyyətinin İrəvanın ehtiyacı olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Ermənistanın öz imkanları formalaşdığı üçün bu funksiya müvafiq orqanlar vasitəsilə həyata keçirilə bilər. Erməni tərəfi bu barədə Rusiyanı xəbərdar edib. Güman edirik ki, məsələ həllini tapacaq”.

Ayşən Musatafa
Globalinfo.az