İrəvan qoşunları “Zvartnots”dan çıxarır – Tarix açıqlandı

“Avqustun 1-dən “Zvartnots” hava limanında Ermənistan sərhədçiləri xidmət etməyə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında açıqlayıb.

Baş nazir qərarın bu gün verildiyini bildirib:

“İndicə belə bir qərar verdik. Bu il avqustun 1-dən “Zvartnots” hava limanında Ermənistan sərhədçiləri fəaliyyətə başlayacaq. Bu sadəcə iş məsələsidir, siyasi bir qərar deyil”.

***

“Ermənistanın sərhəd xidməti artıq Rusiya tərəfinin dəstəyi olmadan “Zvartnots”da nəzarəti həyata keçirmək üçün kifayət qədər təcrübəyə yiyələnib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, İrəvan “Zvartnots”da yerləşən Rusiya sərhədçilərinin mərkəzinə məktub göndərib və müstəqillik dövründə verdikləri dəstəyə görə onlara təşəkkür edib.

“Biz Rusiya Federasiyasındakı tərəfdaşlarımızı məlumatlandırmışıq ki, ölkəmizdə dövlət institutları Moskvadakı tərəfdaşlarımızın dəstəyi ilə inkişaf edir. Beləliklə, hazırda biz sərhəd xidmətini müstəqil şəkildə həyata keçirə bilirik”, – Paşinyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az