Zuzana Çaputova koronavirusa yoluxdu

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COVID-19 (koronavirus) testi müsbət çıxıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü – fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını ləğv edib.