“Gərgin müzakirə mövzusu olan Zəngəzur dəhlizi regional əlaqə və sabitlik üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Hesab edirəm ki, kommunikasiyaların açılması təkcə mümkün deyil, həm də daha geniş regionun iqtisadi inkişafı üçün vacibdir. Danışıqların çətin olmasına və bəzi yeni problemlərə baxmayaraq, son hadisələr irəliyə doğru yol olduğunu göstərir”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında pakistanlı geostrateji analitik və beynəlxalq məsələlər üzrə köşə yazarı İmran Xalid deyib.
Pakistanlı ekspert bildirib ki, ABŞ-ın dəhlizin özəl Amerika şirkətinə 100 il müddətinə icarəyə verilməsi təklifi Ermənistanla Azərbaycan arasında mürəkkəb vəziyyətdən çıxmaq məqsədi daşımaqla yanaşı, prosesə yeni dinamika gətirib:
İmran Xalid
“Türkiyə tərəfindən irəli sürülən bu ideya Ermənistan tərəfindən rədd edilib və onu öz suverenliyinə müdaxilə kimi qiymətləndirib. Bununla belə, neytral, beynəlxalq səviyyədə idarə olunan marşrutun əsas ideyası bu mühüm əlaqəni təmin etmək üçün açar ola bilər. İran regional sərhədlərin dəyişdirilməsinə qarşı çıxsa da, bu, bütün xalqların ərazi bütövlüyünə hörmət edən tranzit marşrutları prinsipinə zidd deyil. Bütün tərəfləri qane edən, xarici hərbi iştirakı istisna edən ortaq idarəetmə modelinə əsaslanan razılaşma həll yolu ola bilər. Azərbaycan və Ermənistan arasında, ola bilsin ki ABŞ-ın vasitəçiliyi ilə sülh memorandumu potensialı ümidvericidir. Bu, təkcə ticarət yollarını açmaqla qalmayacaq, həm də ticarət və əməkdaşlıq üçün yeni, sabit yol yaradacaq və bütün regiona, o cümlədən Pakistana fayda verəcək. Zəngəzur dəhlizi açılsaydı, diplomatiyanın fikir ayrılığı üzərində qələbəsi və regional güclərin daha parlaq gələcək naminə necə birgə işləyə biləcəyinin bariz nümunəsi olardı”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul