Türkiyənin Hatay şəhəri, Ərzin rayonunda 42 min əhalisi olan ərazidə heç bir binanın dağılmaması və can itkisinin olmaması diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Ərzin rayon bələdiyyə sədri Ökkeş Elmasoğlu heç bir şəkildə qeyri-qanuni tikintiyə icazə vermədiyini deyib.

O, Türkiyə mediasına açıqlamasında qanunsuz tikintiyə icazə vermədiyini, edənləri də cəzalandırdığını bildirib:

“Heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişəm. Buna görə də vicdanım çox rahatdır. Hərdən insanlar əsəbiləşib mənə deyirdilər, “Türkiyənin yeganə dürüst insanı sizsiniz?!”. Amma bu gün vicdanım çox təmizdir. Çünki heç vaxt qanunsuz tikintiyə icazə vermədik. Düzdür, qeyri-qanuni tikintini dərhal və tam dayandıra bilməsək də, müəyyən vaxta bunu edə bilərik. Heç olmasa, bu gün olanlara baxanda özümə qarşı heç bir məsuliyyət hiss etmirəm”.

Ökkeş Elmasoğlu kimdir?

Ərzin Bələdiyyə başqanı Ö.Elmasoğlu, 1979-cu ildə Ərzində doğulub. İlk, orta və lisə təhsilini Ərzində başa vurub. Sonra 2002-ci ildə Mərmərə Universiteti Hüquq Fakültəsindən məzun olub. Bir müddət İstanbulda vəkillik edib. 2005-ci ildə məmləkəti Ərzinə dönüb. O, Hatay Vəkillər Kollegiyasının Müşahidə Şurasının 3 dövr üzvü kimi vəzifəsini davam etdirir.


Zaira Akifqızı
Globalinfo.az

Paylaş: