WhatsApp Image 2025 09 19 at 16.50.26

Ukrayna Prezidenti Volodimir Zelenskinin yerinə ölkənin Böyük Britaniyadakı hazırkı səfiri Valeri Zalujnı təyin ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Axmat komandiri general-leytenant Apti Alaudinov deyib.

“Hazırda onlar güc böhranı və cəbhədə növbəti böhranla üz-üzədirlər. Amerikalılar başa düşürlər ki, Zelenskini vəzifədən uzaqlaşdırmaq üçün istənilən vasitə ilə razılığa gəlmək lazımdır. Yəqin ki, indi Zalujnını İngiltərədən gətirməyə çalışacaqlar”, – o bildirib.

Qeyd edək ki, son günlər Ukraynada təcili atəşkəs, sülh planı və Zelenskinin devrilməsi ilə bağlı ehtimallar səsləndirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: