Ukrayna Prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini tutduğu vəzifədən azad edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkə rəhbəri sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib: “Aleksandr Alekseeviç Tarasovski Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədr müavini vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Tarasovski 2022-ci il yanvarın 21-dən Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb.
Bundan əvvəl o, Ukraynanın Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətində, həmçinin Xarici Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.