f5807652 3a79 35bf 836b 58997e7b2da9 850

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Zelenski tvitter səhifəsində Tür və Ukrayna dillərində təbrik paylaşıb.

Paylaşımda deyilir:

“Prezident seçkilərindəki qələbəsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Avropanın təhlükəsizliyi və sabitliyi üçün əməkdaşlığımızın inkişafını, ölkələrimiz üçün strateji ortaqlığımızın daha da güclənməsinə ümid edirik”.

 

Paylaş: