gemi yangin

Çinin Çindao şəhərində yerləşən “Beyhay” gəmiqayırma zavodunda təmirə dayanan xarici yük gəmisində yanğın baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Hadisə nəticəsində gəmidə 42 nəfər olub. Onlardan 20-si ölüb.

Çin Prezidenti Si Szinpin itkin düşənlər üçün axtarış və xilasetmə işlərinin sürətləndirilməsini, yaralılara yardım göstərilməsini və yanğının səbəbinin mümkün qədər tez müəyyən edilməsini tapşırıb.

***

Çindao limanında təmirdə olan yük gəmisində baş verən yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə “Assoşeyde Press” məlumat yayıb.

Bildirilib ki, daha 5 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir.

Paylaş: