dollar borc 900x600 1

ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Baydenin iştirakı ilə bazara çıxarılan LAPTOP adlı memkoin ilk ticarət günündə kəskin ucuzlaşıb.

Globalinfo.az xəbər verir ki, sentyabrın 9-da dövriyyəyə buraxılan kriptovalyutanın qiyməti qısa müddət ərzində sürətlə yüksələrək 300 dollara yaxınlaşıb, daha sonra isə 99 faizdən çox dəyər itirib.

Tokenin qiyməti əvvəlcə 0,05 dollardan başlayıb, daha sonra 199,51 dollara qədər yüksəlib və ardınca kəskin şəkildə geriləyib.

LAPTOP-un arxasında duran komanda qiymətdəki kəskin dəyişiklikləri ilkin likvidliyin aşağı olması və buraxılışdan dərhal sonra ucuz aktivləri almağa çalışan avtomatlaşdırılmış ticarət botlarının fəaliyyəti ilə əlaqələndirib.

Memkoinlə ticarət edən investorların böyük hissəsinin zərər etdiyi bildirilir. Analitik platformaların məlumatlarına görə, bəzi treyderlərin itkiləri yüz minlərlə dollarla ölçülüb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: