1701860762 zaxarova 2

“İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun fikrincə, buna səbəb Qərbin qeyri-konstruktiv mövqeyidir.

“Uzun illərdir, bu məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Amma təəssüf ki, vəziyyət sabitləşmir, getdikcə pisləşir”, – diplomat bildirib.

O, həmçinin xatırladıb ki, Moskvada Çin və İranın iştirakı ilə Tehranın nüvə proqramı üzrə məsləhətləşmələr planlaşdırılır.

Zaxarova nəticələr barədə mətbuata məlumat verəcəyini vəd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: