zaxarova 2

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın “Avropa Birliyinin mülki missiyası Rusiya və Ermənistanın Azərbaycana qarşı birgə aqressiya hazırlaması ilə bağlı Qərbin şübhələrini dağıtmaq üçün gəlir” bəyanatını şərh edib.

Globalinfo.az xəbər verir ki, Zaxarova Paşinyanın bu açıqlamasını “uğursuz cəhd” adlandırıb.

“Rusiya sülhməramlıları Qarabağda sülhü təmin edir, sərhədçilərimiz isə Ermənistan ərazisi, o cümlədən Ermənistan-Azərbaycan sərhədində işləyirlər. Bakıdan sözügedən məsələ barədə təhlükənin olması haqqında heç nə eşitməmişik, eyni zamanda Azərbaycanın da Avropa İttifaqının öz müşahidə missiyasını Ermənistanda yerləşdirmək qərarına tənqidi münasibət bəslədiyini bilirik. Aydındır ki, Brüsseldə regionda təhlükəsizlik sisteminin məhək daşı sayılan Rusiya hərbçilərinin, eləcə də sərhədçilərinin mövcudluğunu, həmçinin Ermənistanın KTMT-dən çıxmasını İrəvanın qarşısında məqsəd kimi qoyurlar.

Biz erməni tərəfdaşlarımızla Cənubi Qafqazda stabilliyin dəstəklənməsi tədbirlərinin təkmilləşdirilməsi məsələsində həm ikitərəfli, həm çoxtərəfli, həm də KTMT çərçivəsində dialoqa açığıq”, – M.Zaxarova bildirib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: