“Almaniyanın nüvə silahına sahib olmaq hüququ yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Merz deyib.
“Bizə buna imkan verməyən ən azı iki müqavilə var. Bunlardan sonuncusu 1990-cı ildə imzalanmış “2+4” müqaviləsidir. Burada Almaniya açıq şəkildə nüvə silahına sahib olmaqdan imtina edib. Hətta yeni hökumət dövründə də bu, dəyişməyəcək. Lakin fikrimcə, Fransanın nüvə silahına malik olması məsələsi bizimlə birlikdə müzakirə olunacaq”, – deyə Merz qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron çıxışında Rusiyanın ölkəsi və Avropa üçün təhlükə yaratdığını bildirib. O, Avropa İttifaqını (Aİ) qorumaq üçün Fransanın nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı müzakirəyə başlamağı təklif edib.
Günay Rəsulqızı
Globalinfo.az