1701860762 zaxarova 2

“Ermənistanda sabitliyin qarantı kimi KTMT və Rusiyaya alternativ yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Mariya Zaxarova deyib.

O bildirib ki, Qərbin Cənubi Qafqazdakı rusofob planları hələ də səngiməyib.

“Biz dəfələrlə qərblilərin bölgədəki dağıdıcı fəaliyyəti ilə bağlı geniş şərhlər vermişik. Makronun Ermənistana elan etdiyi səfər də məhz bu paradiqmada qurulacaq, Ermənistanın KTMT ilə tam əməkdaşlığa qayıtması üçün qapılar açıqdır. Son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Bu, əsrlər boyu sınaqdan keçirilib və erməni xalqı tərəfindən yüksək qiymətləndirilir”, – Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: