Zaxarova ABŞ-a səsləndi: “Baydenin vəziyyəti ilə maraqlanın”

“ABŞ-ı Rusiya ilə KXDR arasındakı münasibətlərin dərinləşməsi deyil, Baydenin vəziyyəti  maraqlandırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hər kəsi narahat edən bir məsələ varsa, o da Baydenin vəziyyətidir. O, həm fiziki baxımdan, həm də Ukraynadakı korrupsiya fırıldaqları ilə əlaqəli cinayət xarakterinə görə narahat olunacaq bir durumdadır”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az