Zatulindən Qriqoryana: “Bu, açıq-aşkar yalandır”

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlaması açıq-aşkar yalandır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Qriqoryan onu işə götürən Nikol Paşinyandan da böyük rusofobdur. Bir sıra hallarda rəhbərinin ağlına gələni Qriqoryan öz dili ilə açıq ifadə edir. Bu halda söhbət açıq-aşkar yalandan gedir. Qarabağ məsələsi Paşinyan üçün lazımsız olmaqla yanaşı həm də daxildə zərərlidir. Ona görə də, Nikol qərbli dostlarının yolu ilə getməyə üstünlük verib. O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə salıb. Görünür bu, onun Qərblə yeni dostluğunun şərti idi. Axı Qərb Qarabağda rus sülhməramlılarının olmasını istəmir.  Həmçinin Ermənistanın KTMT-yə üzv olması və ya Gümrüdə Rusiya bazasının mövcudluğu da Qərbi qıcıqlandırır. Bütün bunları isə Paşinyanın tərəfdarları və özü gizlətmir”, – deyə Zatulin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az